Nə üçün yatmazdan əvvəl mütləq su içmək lazımdır?
01.11.2018 13:44 Maraqlı 1733
Mütəxəssislər yatmazdan 30-40 dəqiqə əvvəl 1 stəkan adi təmiz su içməyi tövsiyə edirlər.
Bu sadə qaydaya riayət etməklə ürək-damar sistemi xəstəliklərinin, infarkt və insultun riskini azaltmaq mümkündür.
Yuxu zamanı insan nəfəs və tərlə su itirir ki, nəticədə qan qatılaşır. Qatı qan ürəyi yükləyir, ürəyin fəaliyyətində pozulmaların riskini artırır.
Bundan əlavə qanın qatılaşması nəticəsində damarlarda trombların əmələ gəlməsi riski də artır.
Şərhlər