Uşaqlarda görmə problemlərinin riskini azaldan çox bəsit üsul
16.11.2018 14:36 Maraqlı 1494
Uşaqları mütəmadi olaraq təmiz havada gəzdirməklə gələcəkdə yarana biləcək görmə probleminin qarşısını almaq olar.
AZƏRTAC bildirir ki, hazırda miopiya ən aktual göz problemlərindən biri hesab edilir. Mütəxəssislərin hesablamalarına görə 2050-ci ildə dünyada bu problemdən beş milyarddan çox insan əziyyət çəkəcək.
Alimlər bildiriblər ki, miopiyanın yaranma riskini azaltmaq üçün mütəmadi olaraq açıq havada gəzmək kifayətdir. Belə ki, aparılan araşdırmalara əsasən bu göz problemindən əziyyət çəkən valideynlər uşaqları ilə açıq havada daha çox vaxt keçirməlidirlər. Əks halda onların övladlarında da eyni problemin yaranma riski 60 faiz artır.
Bundan əlavə qadjetlərin həddindən artıq istifadəsi də sağlam uşaqda miopiyanın yaranma riskini artırır. Bu səbəbdən mütəxəssislər müasir əl oyunlarını açıq havada gəzintilərlə əvəz etməyi məsləhət görürlə
Şərhlər