"Rəng duyumu mövsümə görə dəyişir"
11.08.2015 11:16 Maraqlı 2101
“Rəng duyumu işıqdan asılı olaraq dəyişir".
Reaksiya.az xəbər verir ki, bu sözləri həkim oftalmoloq Elmira Mayılova deyib.
Onun sözlərinə görə, rənglər yayda günəş işığı ilə əlaqdar olaraq daha kəskin şəkildə seçilir, qışda isə əksinə olur.
Qeyd edək ki, Böyük Britaniyanın York Universitetinin alimləri insanların mövsumi olaraq rəng duyumlarının necə olması haqqında araşdırma aparıblar. Onlar müəyyən ediblər ki, insanın gözləri bəzi rəngləri müxtəlif cür qavrayır. Məsələn, bahar və yay ilə müqayisədə payız və qışda sarı tonlar bizə daha parlaq görünür.
Tədqiqatçılar könüllüləri qaranlıq otağa salaraq, qaranlığa öyrəşmələri üçün onlara vaxt veriblər. Sonra xalis sarı rəng görənə qədər rəngdəyişən kolorimetr işə salınıb. Yayda könüllülərin böyük əksəriyyəti yaşılımtıl sarı rəng görüblər. Qışda qırmızı qatışığı olan sarı rəngi xalis sarı rəng hesab ediblər.
Şərhlər