"Holi rəngləri" - Bakıda
11.08.2015 11:37 Maraqlı 2605
Bakıda ilk dəfə olaraq rənglər festivalı keçirilib. Mərdəkan qəsəbəsində yerləşən çimərliklərin birində gənclər bu festivalı reallaşdıra bilib.
"Reaksiya.az" xəbər verir ki, "Holi rəngləri" adlı festivalda müxtəlif rənglərin qarışığından ibarət şarlar havaya buraxılıb. 350-dən artıq gəncin qatıldığı festivalda xarici turistlər də iştirak edib. İştirakçılar şouda iştirak etməklə bərabər məşhur dj-lərin ifasında ən müasir elektron musiqidən həzz almaq imkanı da qazanıblar.
Ərazidə quraşdırılan müxtəlif əyləncə attraksionları və oyunlar, voleybol və futbol meydançalarından istifadə də festivala gələnlərin ixtiyarında olub.
Qeyd edək ki, "Holi" Hindistanın milli bayramıdır. Bu bayram özündə təbiətin rəngarəngliyi və insanla ətraf mühitin vəhdətini tərənnüm edir. Məhz buna görə də, bu tarixi bayram hind mədəni irsinin bir hissəsidir və artıq yüz illərdir qeyd olunur. Bütün dünyada bu festivala maraq çox böyükdür. Artıq iri şəhərlərin çoxunda bu festival keçirilir.
Şərhlər