"Stress həyatımızın ayrılmaz hissəsidir"

11.08.2015 17:59     Maraqlı     1869

“Stress günümüzün ən böyük problemidir”.

Bu sözləri “Reaksiya”ya açıqlamasında psixoloq Elnur Rüstəmov deyib.

Onun sözlərinə görə, hazırda istər ürək-damar xəstəlikləri, istər diabet və digər xəstəliklərin böyük bir qismi psixoloji faktorlarnan əlaqələndirilir. Stress həyatımızın ayrılmaz hissəsidir, səhərdən axşama qədər insan stresslə mübarizə aparır.

Həkim Ümumdünya Səhiyyə Təşkilatının da bu məsələyə ciddi nəzarət ediyini bildirib: “Təşkilat insanları stressdən kənar saxlamaq üçün bu istiqamətdə çalışır. ABŞ-da psixi sağlamlığın qorunub saxlanılması istiqamətində hər il milyardlarla pul xərclənir. Adicə qorxu filmlərinin verilməməsi, kriminal xəbərlərin az verilməsi və yaxud filmlər verilərkən yaş qruplarının nəzərə alınması bütün bunlar ona hesablanır ki, insanlar mümkün qədər stressdən uzaq tutulsun”.

Finlandiyanın Helsinki Universitetinin alimlərinin apardıqları araşdırmada 30 mindən çox kişi iştirak edib. İştirakçıların səhhəti və təhsil səviyyəsi nəzərə alınaraq aparılan araşdırmalar nəticəsində məlum olub ki, son 20 ildə 22-24 yaş aralığında ilk uşaqları dünyaya gətirən ataların ölüm riski digərlərinə nisbətən 14% daha çoxdur. Araşdırmaçıların sözlərinə görə, 30-44 yaşlarında ilk dəfə ata olanların ölüm riski 25 yaşda ata olanlardan 25% daha azdır. En yüksək ölüm riski 22 yaşında ata olanlara aiddir. Araşdırma aparıldığı müddətdə hər 20 kişidən biri həyatını itirib. Onların əsas ölüm səbəbləri isə 21% ürək xəstəlikləri, 16% spirtli içki içmələridir. Alimlərin sözlərinə görə, gənc yaşda ata olanlar stressə tab gətirmədikləri üçün həyatlarını itirirlər.

E. Rüstəmov tez evlənməyin səbəbləri haqda da danışıb:

“Azərbaycanın elə bölgələri var ki, orda insanlar gec ailə qurur, elə bölgələri də var ki, orda insanlar tez ailə qurur. Misal üçün, Gürcüstan azərbaycanlıları Azərbaycanın digər bölgələrindəki kişilərə nisbətən daha tez ailə qurur. Çünki orda belə qəbul olunub ki, əsgərlikdən sonra onlar ailə qurmalıdır, ailə qayğıları ilə məşğul olmalıdır, belə olan təqdirdə o daha tez evə gələcək”.

Şərhlər