15 ildir yolda olan ailə - FOTOLAR
12.08.2015 03:24 Maraqlı 2364
Argentinalı bir cütlük 1928-ci ilə aid maşın və dörd uşaqla dünyanı gəzir.
Uşaqlıq dostu olan 42 yaşlı Herman Zapp ilə 40 yaşlı Kandelaria Zapp 1996-cı ildə evlənməyə və uşaqları olmamışdan əvvəl rahat gəzmək məqsədilə dünya turuna çıxmağa qərar verirlər. Bundan sonra 1928-ci il model Qraham- Peyg 610 markalı avtomobil alırlar və 2000-ci ildə Argentinadan Alyaskaya doğru yola çıxırlar. 6 aylıq nəzərdə tutduqları səyahətdən tam 4 il sonra Argentinaya qayıdan cütlük sadəcə bir neçə həftə evdə qalır və səyahətin artıq onlar üçün həyat tərzi olduğunu düşünərək yenidən yola çıxırlar. Bu əsnada ailə də genişlənir. Cütlüyün hər biri ayrı ölkədə doğulan 4 uşağı olur. 12 yaşı Pampa Amerikada, 9 yaşlı Teue Argentinada, 7 yaşlı Paloma Kanadada və 5 yaşlı Vallabi Avstraliyada doğulub.
İndiyə qədər 5 qitə və 50 ölkə gəzən ailə maşınlarının maksimum sürəti olan 60 km/saat sürətlə səyahət edir. Ailə ehtiyaclarını qarşılamaq üçün fərqli tədbirlərdə və festivallarda seminarlar verərək pul qazanır. Həmçinin cütlüyün “ Xəyalını gerçəkləşdir” adlı kitabı da var.
Ailə deyir ki, uşaqlar yollarda pyrəndiklərini heç bir məktəbdə öyrənə bilməzdilər.
“ Qorxunun sizi ələ keçirməsinə imkan verməyin, qorxu qalib gələrsə, həyat yanımızdan keçib gedər.” Deyən ailə hələ də səyahət edir.
Şərhlər