Özbəkistanda adamları çəkirlər

12.08.2015 15:06     Maraqlı     2356

Özbəkistanın rəmi hava yolu şirkəti  olan  "Uzbekistan Hava Yolları" uçuşdan əvvəl sərnişinlərin çəkilərini ölçdükdən sonra  təyyarələrə qəbul edəcəklərini açıqlayıb.

Reaksiya.az” xəbər verir ki, bu, sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçiriləcək. Bu barədə məlumat şirkətin rəsmi internet səhifəsində yayımlanıb.

Şirkət mətbuat konfransında sərnişinlərin ölçülərinin çəkilməsini  “Beynəlxalq Hava Nəqliyyatı” qaydalarına əsasən aparacaqlarını bildiriblər. Məqsəd sərnişinlərin əl  yük ilə öz çəkilərinin orta hesabla çəkisini müəyyənləşdirmək olaraq açıqlanıb.

Şirkət nəticələrin məxfiliyini təmin edir. Sərnişinlərin qeydiyyat formalarında çəki neçə olduğu yazılmayacaq. Lakin sərnişinlərin etirazı nəticəsində nə olacağı açıqlamada deyilməyib.

Sərnişinlərin ağırlığının biletin qitmətinə təsiri barədə də açıqlama verilməyib.

Qeyd edək ki, “United Airlines”, “İrlandiya Ryanair”, “Air France” kimi aviasiya şirkətlər köklük xəstəliyindən əziyyət çəkən sərnişinlərin  əlavə pul ödəmələri və ya iki kreslo almaları istiqamətində tədbirlər görüblər. 

 

Şərhlər