Meteorit yağışına hazır olun
12.08.2015 15:17 Maraqlı 1952
Avqustun 12-si və 13-ü Perseid meteorit yağışı tarixdə ən yüksək səviyyəyə çıxacaq.
Xalq arasında ulduz sürüşməsi kimi tanınan meteorit yağışlarından ən tanınanı Perseid meteorid yağışıdır.
Bu gecə maksimum səviyyəyə çatacaq Perseid meteorit yağışında atmosferdə 1 saatda 120-yə yaxın meteorit müşahidə olunacaq, həmçinin, dünyanın demək olar hər yerindən izlənə biləcək.
Meteorit yağışı xalq arasında kosmosdan bir ulduzun dünyaya düşməsi şəklində şərh olunur. Ancaq meteorit yağışının ulduzlarla heç bir əlaqəsi yoxdur. Meteorit yağışı əslində, dünyanın yaxınından keçərkən cazibə sahəsinə daxil olan meteoritlərin kosmosda qoyduqları qabarıq işıqlı yoldur. Atmosferin yuxarı təbəqələri ilə təmasdan çox qızışan meteoritlər bizə bir "meteor yağışı" görüntüsü verir.
Perseid meteorit yağışları 1992-ci ildə dünyanın yaxınlarından keçən Swift-Tuttle quyruqlu ulduzundan artıq qalan qalıqlardan ibarətdir. Bu meteorit yağışları hər il eyni dövrdə müşahidə olunur. İyulun sonu , avqustun əvvəli aralığında müşahidə olunan meteorit yağışı ən sıx avqustun 12-dən 13-nə keçən gecə müşahidə olunur. Perseus Bürcü bölgəsində müşahidə olunduğundan Perseid göy daşı yağışı adı verilib.
Şərhlər