Avtomobillərin ehtiyyat hissələri orijinaldırmı?

12.08.2015 17:32     Maraqlı     2705

Azərbaycana gətirilən avtomobillərin ehtiyyat hissələrinin əksəriyyəti  Türkiyə və Dubay məhsullarıdır.

Bunu "Reaksiya"ya  açıqlamasında ehtiyat hissələrinin alqı-satqısı ilə məşğul olan Ehtiram  Məmmədov bildirib.

O qeyd edib ki, bazarda üstünlük təşkil edən mallar çoxlarının düşündüyü kimi Çin malı yox, orijinal məhsullardır.

Ehtiram Məmmədov bəzi saxta məhsulların orijinal adı ilə insanlara satılması məsələsinə də toxunub: “Bu tamamilə yanlışdır. Əgər insan aldadılmaqdan ehtiyat edirsə, bilməlidir ki, satan adamda bütün məhsulların sertifikatları olur. Çin malının Çin sertifikatı, orijinal məhsulun isə orijinal sertifikatı olur. Bu sertifikatı tələb edərək rahatlıqla əmin olmaq olar. Həm də qiymətinə görə də məhsulları fərqləndirmək olur.  Məsələn: Çin məhsulunun qiyməti 40 manatdırsa, orijinalın qiyməti 150 AZN-dir”.

Qeyd edək ki, dünən bəzi mətbuat orqanlarında Azərbaycana gətirilən avtomobillərin ehtiyyat hissələrinin 70-80%-nin saxta olduğu barədə məlumat yayılmışdı.  

Şərhlər