Lİviyada nə baş verir?
13.08.2015 02:49 Maraqlı 2703
Liviyanın baş naziri Abdullah əl Sani canlı yayımda istefa verib.
Reaksiya.az xəbər verir ki, “ Liviya Channel” adlı kanalda proqrama qatılan baş nazir vətəndaşların təhlükəsizlik məsələlərinin həll olunmaması və qarşıdurmalar səbəbi ilə evlərini tərk etmək məcburiyyətində qalanlara normal yardımın verilməməsi ilə bağlı tənqidlərinə tuş gəlib. Nazirə “ Sizə qarşı etirazlar olsa, nə edəcəksiniz? “ deyə sual ünvanlanıb. Tənqidlərə və suala əsəbiləşən nazir “ Mənə etiraz etməyə ehtiyac yoxdur. Çünki istefa verirəm. Bütün problemləri həll edə bilən nazir gətirə bilərlər” deyə bildirib. Sani istefasını bazar günü Təmsilçilər Məclisinə də təqdim edəcəyini deyib. Proqramdan sonra Röyters agentliyinə məlumat verən hökumət nümayəndəsi Hatəm əl Ərəbi Saninin vəzifəsində qaldığını, ancaq xalq istəsə, istefa verə biləcəyini deyib.
Şərhlər