Nefertitinin sirri açılır? - FOTOLAR

13.08.2015 17:21     Maraqlı     3167

İngilis arxeoloq Nicholas Reeves Misir fironu Tutanxamonun məzarının arxasında iki məzarın da tapıldığını, bunlardan birinin Nefertitiyə aid olduğunu düşünür.

"Əgər səhvdirsə səhvdir. Amma əgər haqlı çıxsam bu bütün zamanların bəlkə də ən böyük arxeoloji kəşfi olacaq" –deyir. İngilis arxeoloq Nicholas Reeves "The Ecomist" jurnalına verdiyi açıqlamada bildirib ki, qısa bir müddət əvvəl "KV62" kodu ilə Misir Fironu Tutanxamonun məzarının divarlarını deşiblər və üstünün sonradan rəngləyərək örtüblər. Reeves divardakı bu deşiyin arxasında bu günə kimi ortaya çıxarılmamış olan Kral IV Akhenatonun həyat yoldaşı Nefertiti'ye aid məzarın ola biləcəyini düşünür.

Qeyd edək ki, araşdırmaçılar Nefertitinin məzarı haqqında çox az şey bilirlər. Nefertitiyə aid məşhur büstü 1912-ci ildə Misirin Amarna şəhərindəki qazıntılar zamanı alman arxeoloq Ludwig BORCHARDT tərəfindən Fironun baş heykəltəraşı Tutmosisun emalatxana kimi istifadə yerdə kəşf edilmişdi.

Şərhlər