Dünyanın ən uzun fasiləsiz reysi açılır
14.08.2015 00:58 Maraqlı 2194
Emirates hava yolları Dubay-Panama arasında dünyanın ən uzun fasiləsiz reysini həyata keçirməyə hazırlaşır. 17 saat 35 dəqiqə davam edəcək olan uçuş 2016-cı ilin fevral ayının 1-i başlayacaq. Şirkət uçuşlar üçün Boinq 777-200 LR markalı təyyarələrdən istifadə edəcək. Emirates rəhbəri Şeyx Əhməd İbn Səid “ Panama Mərkəzi Amerikadakı ilk istiqamətimiz olacaq. Dubaydan Mərkəzi Amerika, Karib dənizi və Cənubi Amerikanın şimal hissələrinə səyahət edən müştərilərimizi ən rahat şəraitlə təmin edəcəyik” deyə açıqlama verib.
Şirkət keçən il ümumi miqdarı 5,2 milyard dollar olan 27 ədəd Airbus və Boinq təyyarəsi alıb. Bu ilin sonuna qədər 4 yeni uçuş istiqaməti əlavə etmək planlaşdırılır. Bunlar Məşhəd (İran), Orlando (ABŞ), Bamako (Mali) və Bolonya (İtaliya) şəhərləridir.
Şərhlər