Dünyanın pula ən düşkün şəhəri

14.08.2015 06:53     Maraqlı     2199

"Business İnsider" nəşri Dubayı dünyanın pula ən düşkün yeri adlandırırlar. Məqalədə sübut üçün 17 bənddən ibarət olan siyahı təqdim edilir. Siyahıda xüsusilə göstərilir ki, Dubay polisi $1,79 milyon dollarlıq maşında gedir.
Bundan əlavə, nəşr bildirir ki, Dubayda yerləşən "Burc Al Arab" oteli dünyanın ən dəbdəbəli mehmanxanası hesab olunur, yerli otellərdə qalmağın bir günlük qiyməti bir çox insanların illik məvacibinə bərabərdir. 
Planetin ən hündür binaları da Dubayda yerləşir. "Burc Xalifa" dünyanın 4 rekordunun sahibidir. Bundan əlavə, Dubayda dünyanın ən böyük hava limanı tikilir. Burdan da süni yaradılmış Palma adasını görmək olar.

Siyahıya daxil olan bəndlərdən biri də Dünyanın ən böyük alışveriş mərkəzi olan "Dubai Mall"dur. Bundan da böyük ölçüdə olan "Mall of The World" da tikintisi nəzərdə tutulur. 

Siyahıya həmçinin məşhur at yarışı "Dubai World Cup" daxil olub. Nəhayət, nəşr spa xidmət haqqında məlumat verir. Nəhayət, nəşr 24 karatlıq qızıl istifadə etməklə göstərilən spa xidməti, yeməli qızıl əlavə edilən "Qara brilyant" dondurması, qiyməti 1,3 min dollardan çox olan "Əbədi brilyant" kokteyli barədə yazır.

 

Şərhlər