Qara şokolad Parkinson xəstəliyinə şəfadır
14.08.2015 08:32 Maraqlı 2253
Almaniyada elm adamları tərəfindən aparılan araşdırmaya görə, acı şokoladın içində olan bir maddə Parkinson xəstəliyinin təsirlərini azaldır. Qara şokoladın Parkinson xəstəliyinin əlamətlərini yüngülləşdirə biləcəyi təyin olunub.
Reaksiya.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniyadakı Drezden Texnologiya Universitetinin alimlərinin araşdırması zamanı Parkinson xəstələrinə həftədə 2 dəfə 50 qram kakaosuz ağ şokolad və 85 qram qara şokolad veriblər. Daha sonra şokoladın növünün xəstəliyə təsiri araşdırılıb.
Qara şokolad yeyənlərin titrəmə kimi xəstəlik əlamətlərində azalma müşahidə olunub.
Parkinson üçün yeni müalicə üsullarına işıq tutan araşdırmanın nəticələri universitetin internet saytında yerləşdirilib.
Şərhlər