Mirai Avropa yollarına çıxır - FOTOLAR
14.08.2015 10:07 Maraqlı 2292
Dünyanın ilk hidrogen yanacaq hüceyrəli avtomobili "Mirai", Yaponiyadan sonra Avropada da satışa təqdim olunacaq.
Reaksiya.az xəbər verir ki, adını Yaponcada "gələcək" sözündən alan Mirai, 2015-cü ilin dekabr ayında Yaponiya satışlarından sonra, sentyabr ayından etibarən ilk mərhələdə İngiltərə, Almaniya və Danimarka yollarına çıxacaq.
Mirainin 2017-ci ildən etibarən, daha çox satışa təqdim edilməsi planlaşdırılır. Avropada 66 min avro qiymətində olan Mirainin 2015-ci ildə 50-100 ədəd satılması məqsədi güdülür.
Toyota ilk seriyasını 1997-ci ildə istehsal etmiş, 2000-ci ildə isə Avropada satışa təqdim etmişdi. 2015-ci ildə isə hidrogen yanacaqlı Miraini Avropa bazarına təqdim edərək yenə bir ilki gerçəkləşdirmiş oldu.
Gələcəyin enerji mənbələri arasında göstərilən hidrogenli yanacaq kimi istifadə edilən Mirainin sıfır karbondioksidli cəhəti diqqət çəkərkən, rahatlığı, sürmək kefi, 3 - 5 dəqiqə arasında doldurula bilən benzin çəni ilə ənənəvi mühərriklərin çatdığı sürəti də verir.
Eyni zamanda Mirai gələcəyin avtomobillərinin necə olacağı istiqamətində də önəmli ipucu verir.
Şərhlər