20 ildən sonra bal olmayacaq - SƏBƏB

14.08.2015 12:54     Maraqlı     3059

Ümumrusiya “Arıçılıq” cəmiyyəti həyəcanla bildirib ki, son vaxtlar arıların populyasiyası xeyli azalıb.

Reaksiya.az xəbər verir ki, bu barədə “Terra” teleradio şirkəti məlumat verib. Məlumata əsasən, Rusiyada XXI əsrin əvvəlindən arıların sayı təxminən üç dəfə azalıb. İlkin proqnoza görə, həşəratların tələf olması eyni intensivliklə davam edərsə, onda 20 ildən sonra onlar ümumiyyətlə qalmaya bilər.

Cəmiyyət bildirir ki, arılar əsasən ekoloji şəraitin pisləşməsi səbəbindən sürətlə qırılır. Bu proses təkcə Rusiya ərazisində deyil, həm də bütün dünyada qeydə alınıb. Mütəxəssislər onu da bildirirlər ki, elektromaqnit dalğalarının, xüsusilə də peyk ötürücüləri şəbəkəsinin genişləndirilməsi səbəbindən arıların sayında azalma baş verir.

Şərhlər