“Nüvə müharibəsinin qarşısını yadplanetlilər alıb” - İddia

14.08.2015 16:24     Maraqlı     2638

ABŞ Aviasiya və Kosmos İdarəsinin (NASA) keçmiş əməkdaşlarından Mitchell Soyuq müharibənin əvvəllərində ABŞ və Sovetlər Birliyi arasında nüvə müharibəsinin baş verməsinə yadplanetlilərin mane olub.

“Apollo 14” missiyası ilə 1971-ci ildə kosmosa gedən və Aya ayaq basan altıncı insan olan Edgar Mitchell tərəfindən yadplanetlilərə aid "salam Dünyalı, biz dostuq" sözünü dəstəkləyən iddialar ortaya atılıb. Mitchell yadplanetlilərin Soyuq müharibənin başlarında Dünyaya gəldiyini və ABŞ ilə Sovetlər arasında NÜVƏ MÜHARİBƏSİNİN başlamasına mane olduğu iddiasını irəli sürüb.

Sülh tərəfdarı olan yadplanetlilərin New Mexico çölündəki məşhur “White Sands" nüvə silah sınaq məntəqəsini ziyarət etdiyini söyləyən Mitchell bildirib ki, “White Sands” atom bombasının sınandığı bir yer idi: “Yadplanetlilərin də maraqlandığı əsas məqam bu idi. Hərbi bacarıqlarımızı görmək istədilər". Tarixin ilk nüvə partlayışı sınaq məqsədi ilə 1945-ci ildə New Mexikoda keçirilmişdi.

Qeyd edək ki, Mitchell yadplanetlilərlə bağlı başqa iddiaları da gündəmə gəlmişdi. Yadplanetlilərin 70 il əvvəl New Mexicoya getdiklərini, hətta onlardan birinin canlı tutulduğunu qarşıya qoyan Mitchell, yadplanetlilərin həqiqətən də filmlərdə göstərildiyi kimi yekəbaş və iri gözlü olduğunu iddia etmişdi.

Şərhlər