Yeni monoqrafiya çap edildi

14.08.2015 17:28     Maraqlı     1767

“Təmiz Dünya” qadınlara yardım ictimai birliyinin rəhbəri Mehriban Zeynalovanın yeni monoqrafiyası oxucuların ixtiyarına verilib.

Təqdim edilən monoqrafiyada ailə-məişət zorakılığının sosial-iqtisadi aspektləri araşdırılır, bu halla mübarizədə Azərbaycanla yanaşı digər ölkələrdə əldə edilən təcrübələrə istinadlar edilir, onu yaradan sosial-iqtisadi mühüt araşdırılır, cəmiyyətə bu problemlə mübarizədə səfərbər olma yolları göstərilir. Monoqrafiyanın yazılmasında məqsəd, bu sahədə fəaliyyət göstərən və ya göstərmək arzusunda olan mütəxəssislərə nəzəri və praktik biliklər təqdim etməkdir.

Müəllif monoqrafiyanın Əmək və Sosial Problemlər üzrə ETTM-İN Elmi Şurasında müzakirə edildiyini və 23 mart 2015-ci il tarixli iclasın 1 saylı protokoluna əsasən çıxarılmış qərarla nəşr edildiyini bildirib.

Şərhlər