Göygölə yuxarıdan baxın - FOTOLAR
15.08.2015 14:48 Maraqlı 2963
"Bakı Media Mərkəzi" bu günlərdə vətəndaşların istifadəsinə Göygöl Milli Parkı, eləcə də Maral göl və Kəpəz dağının əsrarəngiz təbiətini əks etdirən fotolar çəkib.
Reaksiya.az xəbər verir ki, 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağı uçduqdan sonra Ağsu çayının qarşısı kəsilmiş və ən böyüyü Göy-göl olmaqla tərkibində 7 ədəd böyük, ümumilikdə isə 19 ədəd gözəl göllər şəbəkəsi meydana gəlib.
Ətrafında olan füsunkar təbiətin gözəlliyi, suyunun göz yaşı tək şəffaflığı ilə seçilən, özünəməxsus heyvanların məskəninə çevrilən bu göllərin heyrətamiz gözəllikləri hər bir kəsi heyran edir, sanki təmiz, pak bir dünyaya aparır.
Xatırladaq ki, parka giriş adambaşına 2 manatdır. Toplanan vəsait Milli Parkın qorunmasına və təbiətinin bərpasına yönələcək.
Şərhlər