"Söylənilənlər reallığı əks etdirmir” - Sərdar Ortac
15.08.2015 16:27 Maraqlı 2302
Keçən il MS (yüksək səviyyəli skleroz) xəstəliyinə yaxalanaraq müalicə alan Türkiyənin məşhur sənətkarı Sərdar Ortacın sağlamlıq durumunun pis olduğu haqda xəbərlər müğənnini bərk qəzəbləndirib.
Reaksiya.az xəbər verir ki, sənətkar “Söylənilənlər reallığı əks etdirmir, mən yaxşıyam” cavabını verib.
Qeyd edək ki, Sərdar Ortacın xəstəlik ucbatından hava limanında köməkçisinə yapışaraq yeriməsi ətrafdakıların diqqətindən yayınmayıb.
Ortac həyat yoldaşı Chloe Loughnan ilə çıxdığı Çeşmə tətilində sağlamlıq vəziyyəti haqqında məlumat verib:
"Deyilənlərin hamısı yanlışdır, həqiqəti əks etdirmir. Mən yaxşıyam və sağlamlığım yerindədir".
Şərhlər