Dünyada ən çox silah satan və alan ölkələr - SİYAHI
16.08.2015 00:07 Maraqlı 2979
Silah satan ölkələrin ən böyük bazarı Orta Şərqdədir. Araşdırmalar göstərir ki, qarşıdakı 10 il ərzində Orta Şərqdə 110 milyard dollarlıq bir silah bazarı fəaliyyət göstərəcək.
Bütün bu rəqəmlərə 57 mm-dən kiçik kalibrli silahlar aid deyil. Silah bazarında birinci yeri təyyarələr tutur.
Səudiyyə Ərəbustan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) birlikdə silaha xərclədiyi pul bütün qərbin xərclədiyi məbləğdən daha çoxdur. Səudiyyə Ərəbistan dünyadakı ən böyük silah alıcısı olan Hindistanı 2014-cü ildə geridə qoyub. Bu ölkənin xərclədiyi hər 7 dollardan 1-i silaha xərclənir. Araşdırmaçılar bildirir ki, Səudiyyənin silaha xərclədiyi pulun miqdarı get-gedə artır və yaxın müddətdə azalmayacağı bəllidir.
Siyahıda ilk 6-a düşə bilməyən Cənubi Koreya silah satışında ən çox yüksəliş göstərən ölkədir. Digər tərəfdən isə Rusiyanın silah satışında azalma müşahidə olunur.
Böyük Britaniyanın silah satışındakı ən böyük alıcıları Səudiyyə Ərəbistan, İndoneziya, İsveç və Nigeriyadır.
Türkiyə 2013-cü ildə silah alan ölkələr siyahısında ilk 10-da olmasa da, 2014-cü ildə siyahıda 9-cu sırada qərarlaşıb. Ən çox silah satanlar siyahısında isə ilk 10-da Türkiyə yoxdur.
2014-cü ilin ən çox silah alan ölkələrini təqdim edirik:
1.Səudiyyə Ərəbistan – 6.5 milyard dollar
2.Hindistan – 5.6 milyard dollar
3.Çin – 2.6 milyard dollar
4.Birləşmiş Ərəb Əmirlikləri – 2.2 milyard dollar
5.Tayvan – 2.2 milyard dollar
6.Avstraliya – 2 milyard dollar
7.Cənubi Koreya
8.İndoneziya
9.Türkiyə
10.Pakistan
2014-cü ildə ən çox silah satan ölkələr:
1.ABŞ – 23.7 milyard dollar
2.Rusiya – 10 milyard dollar
3.Fransa – 5 milyard dollar
4.Böyük Britaniya – 4.2 milyard dollar
5.Almaniya – 3.6 milyard dollar
6.İtaliya – 2 milyard dollar
7.İsrail
8.Çin
9.İspaniya
10.Çin
Şərhlər