Sərxoş əsgərlər əhalini atəşə tutdu

16.08.2015 00:57     Maraqlı     2382

Ukraynanın şərqindəki Novqorodskoe qəsəbəsində bir qrup sərxoş əsgər çimərliyə gedən insanlara atəş açıb. Xoşbəxtlikdən hadisə zamanı ölən və ya xəsarət alan olmayıb.

Reaksiya.az-ın xarici mənbəyə istinadən verdiyi xəbərə görə şahidlərdən biri hadisəni belə izah edib: “ Əsgərlər göldəki mühafizəçiyə hücum edib, döydülər, qabırğalarını sındırdılar. Gölün digər tərəfindəki insanlara atəş açdılar. Çimərliyə gələn ailələr qaçmağa başladı.”

 Şahidlər əsgərlərin sərxoş olduqlarını bildiriblər. 3 əsgər saxlanılıb.

Xatırladaq ki, bir müddət əvvəl Ukraynanın şərqində sərxoş bir əsgər idarə etdiyi tankla yol kənarındakı bir qadınla övladını əzərək öldürmüşdü.

 

Şərhlər

Çox oxunanlar