Dalay Lama: Hələ də marksistəm
16.08.2015 01:42 Maraqlı 2103
Tibetin sürgün olunmuş dini lideri Dalay Lama sosializm ideologiyasına olan heyranlığından danışıb.
Reaksiya.az-ın Russia Today-a istinadən verdiyi məlumata görə Dalay Lamadan siyasi düşüncəsini soruşduqda “ Hələ də marksistəm. Sosializm ideologiyası məni heyran edir.” deyə bildirib.
Mərhəmət ifadəsinin mənası haqda da fikir bildirən dini lider deyib: “ Qadınlara siyasətdə daha çox yer verilməlidir. Elm adamlarının fikrincə qadınlar başqa insanların acılarını daha yaxşı hiss edirlər, mərhəmətli davranırlar. Məncə məsuliyyətli işlərdə qadınların sayı daha çox olsa, dünyadakı qarşıdurmalar xeyli azalar.
Sonda Dalay Lama Tibetin muxtariyyəti haqda verilən suala “ İnanıram ki, muxtar vilayət olacaq. Bir müddət əvvəl Çin rəhbəri Şin Jinpinq də açıq şəkildə ifadə etdi ki, buddizm Çin mədəniyyətinin əsas parçasıdır.” deyə cavab verib.
Şərhlər