Pişikkimilər 40 növ it nəslinin kəsilməsinə səbəb oldu

16.08.2015 09:43     Maraqlı     2603

Daşlaşmış heyvan qalıqlarının tədqiq edilməsi nəticəsində məlum olub ki, pişikkimilər dəstəsinin nümayəndələri nəinki sağ qalmağa daha çox uyğunlaşıb, həmçinin təqribən 40 növ it nəslinin kəsilməsinə səbəb olub.

Reaksiya.az xəbər verir ki, bu barədə məlumatı isveçrəli alimlər “PNAS” jurnalında dərc ediblər. 

Məqalədə deyilir ki, təkamül baxımından pişiklərin uyğunlaşma qabiliyyəti itlərdən daha yaxşı olub. 2 min daşlaşmış heyvan qalıqlarının üzərində aparılan araşdırmaların nəticəsi göstərib ki, pişikkimilər dəstəsi itlərlə müqayisədə daha yaxşı sağ qalmaq qabiliyyəti nümayiş etdirib. Məhz pişikkimilər Şimali Amerikada 40 növ it nəslinin kəsilməsinə səbəb olub.

Bununla yanaşı, alimlər tərəfindən itlərə görə hər hansı pişik növünün nəslinin kəsilməsi ilə bağlı dəlil aşkar edilməyib.

Təcrübəyə başçılıq edən Lozanna Universitetinin doktoru Deniel Silvestro bildirib ki, adətən iqlim dəyişikliklərinin növlərin təkamülünə səbəb olduğunu düşünürük, lakin itlərlə münasibətdə əsas rolu yırtıcıların müxtəlif növləri arasındakı rəqabət oynayıb.

Alim əlavə edib ki, pişiklərin itlər üzərində üstünlüyünün səbəbləri məlum deyil.

Şərhlər

Çox oxunanlar