Baş ağrısından qurtulmağın 7 yolu

16.08.2015 10:21     Maraqlı     3049

Baş ağrısı təkcə enerjimizi  yox, həyat səviyyəmizi də aşağı salır. Baş ağrısının yüksək təzyiq, menengit, beyin şişləri kimi çox müxtəlif və ciddi səbəbləri olsa da, Türk Nevrologiya Dərnəyinin məlumatlarına görə ağrıların 90%-i miqren və gərginlikdən qaynaqlanır.  Reaksiya.az həkimlərin məsləhətini təqdim edir.

 1. 23:30 olan kimi yatın! İşıqları söndürməyi unutmayın

Gecə qaranlıq, səssiz bir mühitdə, fasiləsiz yatdıqda ertəsi günü baş ağrısı yaşamaq təhlükəniz azalır. Xüsusilə qaranlıqda və yuxuda ifraz olunan melatonin və böyümə hormonu həm maddələr mübadiləsini gücləndirir, həm də immunitet sistemini yaxşılaşdırır. Ona görə də gecə ən gec 23:30- da yatıb səhər ən erkən 06:30da oyanın.

2. Hər gün 30 dəqiqə gəzin

  Sağlamlıq üçün hər nə qədər düzgün qidalanma əhəmiyyətlidirsə, hərəkət etmək də o qədər vacibdir.  Yaxşı yuxulamaq üçün gün ərzində bədən yorulmalıdır.  Eyni zamanda ürək ritmini sürətləndirən 30-45 dəqiqə arası yüngül məşq beyin də daxil olmaqla bədəndəki bütün hüceyrələri qoruyur. Buna görə də hər gün templi olaraq ən az 30 dəqiqə gəzmək sizi həm sağlam saxlayacaq, həm də baş ağrısından əziyyət çəkmək ehtimalınızı azaldacaq.

3. Acdınız? Dərhal yemək yeyin

  Düzgün qidalanma da ən az yuxu qədər əhəmiyyətlidir. Şəkər xəstəliyiniz varsa, yaxud tez-tez şəkəiniz düşürsə,  uzun müddət ac qalmaq da başınızı ağrıda bilər.  Aclıq hiss etdiyiniz an bədəninizə doğru yeməklərlə cavab vermək lazımdır. Buraya qan şəkərini çox sürətlə yüksəldib salmayan yeməklər yeyin. Məsələn: turş meyvələr, süd, qatıq, ayran, paxla, bulqur və qara çörək.

4. Spirtli içkilərlə ehtiyatlı olun

  Yüksək miqdarda alkoqol həm susuzluğu artırır, həm də şəkər düşməsinə səbəb olur. Eyni zamanda beyin damarlarını genişləndirir və baş ağrısı yaşamağınıza səbəb olur. Spirtli içki qəbul etdikdən sonra orqanizmdə su ehtiyacı artır və bu da bədənin maddələr mübadiləsinə  təsir göstərdiyi üçün iki litr su içməlisiniz. Əgərçox tez-tez baş ağrısı çəkirsinizsə, spirti həyatınızdan tamamilə çıxarmalısınız.

5. B qrupu vitaminini sevək, sevdirək!

 B qrupu vitaminlərilə zəngin qidalardan istifadə də baş ağrısını azaldır.  Xüsusilə B2 vitamini bu məsələdə çox faydalıdır.

6. Maqneziumsuz olmaz

 Maqnezium miqdarı yüksək olan qidalar əzələləri boşaldır və sinir sistemini yaxşılaşdırırdığını bilirik. Paxlalı bitkilər, banan və yaşıl yarpaqlı tərəvəzlərin də kifayət qədər istifadə olunması həm ümumi bədən sağlamlığını yaxşılaşdırır, həm də baş ağrısını azaltmaqda faydalıdır.

7. Duzqabını süfrədən götürün

Gündəlik istifadəe tdiyiniz duz miqdarını azaldın.Şoraba, duzlu pendir, biskvit, ət qəlyanaltısı məmulatı, konserv və çərəz kimi duzu yüksək yeməklərdən uzaq durun. Süfrələrdən duzqabını qaldırın.

 Həkimə nə zaman müraciət etmək lazımdır?

Bütün bu tədbirlərə baxmayaraq, çox tez-tez başınız ağrıyırsa, ağrınının başınızın  arxa tərəfindən başlayıb təzyiqli bir şəkildə bütün beyninizə yayıldığını hiss edirsinizsə, ağrı getdikcə şiddətlənirsə, ürək bulanması və qusma da bura əlavə olunubsa, narahat olmağa dəyər. Ən qısa müddətdə həkimə müraciət etməkdə fayda var.

Şərhlər

Çox oxunanlar