Ruslar telekanallara inanır

16.08.2015 11:52     Maraqlı     2788

Rusiyada keçirilən ictimai sorğu nəticəsində məlum olub ki, əhalinin yarısı televiziyada yayımlanan proqramların müsbət və tərbiyəvi olduğunu düşünür.

Reaksiya.az xəbər verir ki, Levada "Center"  araşdırma şirkətinin sorğusuna görə, rusların 46%-i  televiziya proqramlarını etibarlı hesab edir.

Sorğuda iştirak edənlərin yalnız beşdə biri hesab edir ki, televiziya baş verən hadisələr haqqında tam və obyektiv məlumat vermir.

20% insan isə düşünür ki, telekanallar dünyada baş verənləri dəyişdirərək çatdırır. Üç il əvvəl isə belə düşünənlər 14%  idi.

Televiziyanın xalqı tərbiyə etdiyi və ya televiziyanın ilk növbədə əyləncə üçün olduğunu düşünənlər isə cəmi 10% təşkil edir.

Qeyd edək ki, sorğu 7-10 avqust tarixlərində Rusiyanın 46 regionunun 134 yaşayış məntəqəsində 1600 nəfər ilə keçirilib.

Şərhlər

Çox oxunanlar