927 min funt-sterlinqlik tütün qutusu hədiyyə edilib
16.08.2015 14:07 Maraqlı 2633
Osmanlı paşalarının Rusiya İmperiyasının son çarı II Nikolay Romanovun 1896-cı ildəki tac geymə mərasiminə qatılmasına dair fotolar nəşr olunub.
Reaksiya.az xəbər verir ki, tarixi fotodakı alt yazıda fəxri qonaqların adları yazılıb: Faiq Paşa, Ziya Paşa, Faiq Bəy və Karatsodor Əfəndi.
Türkiyəli tarixçi alim, tədqiqatçı yazar Dosent Bəşir Mustafa bildirib ki, İstanbul Patriarxlığı lideri Movses Hrimyan da II Nikolayın tac geymə mərasimində şəxsən iştirak edirdi.
Rus tarixçilərinə dediklərinə görə isə, II Nikolay türk tütününü çox sevirdi. Çarın tərcümeyi-halında da bu haqda yazılıb: "Siqaret çəkərdi və tütünlər Türkiyədə əkilirdi. Sultan da hədiyyə olaraq Çar Nikolaya türk tütünü göndərirdi".
Çar, 1913-cü ildə Osmanlı dövlətinin Rusiyadakı səfiri Türkhan Paşaya (1846-1927) faberge tütün qutusu da bağışlayıb. Çarın hədiyyəsi 2010-cu ildə Londondakı Christies auksion evində 937 min 250 funt-sterlinqə satılıb.
Rus tarixçi müəllif PhD. Rudolf İvanov, faberge tütün qutusu bağlı fikirlərini belə deyib: "Belə qiymətli daşlarla bəzəkli bir hədiyyənin çar tərəfindən türk elçisinə ərməğan edilməsi bir məsələni ortaya qoyur: Bəzi problemlərə baxmayaraq iki imperiya arasında səmimi və dostluq əlaqələri vardı. Baxmayaraq ki, ertəsi il baş verən Birinci Dünya Müharibəsi hər şeyi alt üst etdi".
Şərhlər