Dərin yuxuya getmək üçün 10 qızıl qayda

16.08.2015 17:45     Maraqlı     11362

Gündəlik həyatımızda "təcili ediləcəklər” siyahısında bəlkə adı belə keçmir, amma pis bir yuxudan qaynaqlanan narahatlıqlar həyatımızı qaralda bilər. Narahat yuxu sistemi depressiyaya meylliliklə nəticələnə bilər.

Dərin yuxuya getmək üçün 10 qızıl qayda:

1. Yatağa uzanmamışdan əvvəl  üzü və dişləri yumaq, işıqları söndürmək lazımdır. Bu və buna bənzər davranışlar sizi yuxuya hazırlayacaq.

2. Yuxunuz gələndə dərhal yatağa gedin. Əks təqdirdə, yenidən yuxuya hazırlaşmağınız uzun zaman çəkə bilər.

3. Rahat yataq, yeni yuyulmuş yastıq üzü və döşəkağılardan istifadə edin. Bu vəziyyət rahatlaşmağa və sakitləşməyə kömək olacaqdır.

4. Saatı çarpayınızın altında ya da görə bilməyəcəyiniz bir yerdə saxlayın. Saat işığının sizi narahat etməməsi, gecənin bir yarısı yuxudan oyanarkən, ya da yuxu probleminiz olanda saatın nə qədər gec olduğunu görüb hirslənməmək üçün uzaq yerə qoyun.

5. Yastığı doğru seçmək lazımdır. İdeal hesab olunan yastıq yumşaq olmalı, ancaq çox yüksək olmamalıdır, allergiya yaratmamalıdır və yuyulan olmalıdır.

6. Pəncərələrdə qalın pərdələrdən istifadə edin.

7. Yataq otağının rəngini seçərkən yaşıl və ya digər sakitləşdirici rənglərə üstünlük vermək lazımdır. Bu rənglər insana yuxunu xatırladır və yatağınızda kitab oxuyarkən ya da yatmağa hazırlaşarkən sizi rahatlaşdırır.

8. Qış aylarında ayaqlarınızın arasına isti su şüşəsi qoyun, ya da qalın corab geyinmək məsləhətdir. İsti olmaq bədəninizin daxili istiliyinin yuxu üçün ən üst səviyyədə olmasına köməkçi olar. Əslində daxili istiliyiniz düşəndə daha rahat yatarsınız. Ayaqlarınızı istilədərək, ayaqlarınıza doğru olan qan axınını təmin edərsiniz və bədəniniz sərinləyir.

9. Yatmadan əvvəl 600 mq kalsium, 300 mq maqnezium qəbul edin, maqnezium sümükləriniz üçün mineral mənbəyi olaması ilə yanaşı həmdə təbii bir sakitləşdiricidir. Kalsium əzələ hərəkətlərini tənzimləməyə köməkçi olur. Maqnezium ayrıca ayaq ağrılarının da qarşısını alır.

10. Yatmamışdan əvvəl mütləq su için. Bir araşdırmaya qatılan iştirakçıların 1 fincan meyvə şirəsi içdikdən 20-30 dəqiqə sonra yuxuya getdikləri müəyyənləşdi. Çünki, meyvə şirəsinin tərkibində yüksək nisbətdə şəkər var.

Şərhlər

Çox oxunanlar