Kainatın enerjisi tükənir - VİDEO

17.08.2015 12:51     Maraqlı     2680

Kainat yavaş yavaş ölür. Beynəlxalq Astronomiya Araşdırmaları Mərkəzi (İCRAR) tərəfindən, 200.000 qalaktika araşdırılıb və kainatın bugünkü enerji faizinin  2 milyard il əvvəlki enerjinin yarısı olduğu təsbit edilib. Kainatın enerji xəritəsini çıxarmaq üçün edilən işlərdə dünyanın ən güclü teleskopları istifadə edilib.

Reaksiya NASA – ya istinadən xəbər verir ki, Avropa Kosmos Agentliyi, Çili Paranal Rəsədxana teleskopları tərəfindən ultrabənövşəyi şüaların istifadə edildiyi kainatın enerji səviyyəsi ölçülüb. Fərqli teleskoplardan gələn məlumatlar qiymətləndirilib və çıxan nəticə kainatın enerjisinin azalmaqda olduğunu göstərib. Bu Işdə vəzifə alan elm adamı professor Simon Driver, kainatın bir yaşlılıq dövrünə girdiyini ifadə etdi və '' kainat örtüyünə örtünmüşvə qaçınılmaz sonu gözləyən yaşlı bir adam kimidir... ' - deyib.

Big Bang kainatdakı enerjinin və maddənin qaynağı kimi qəbul edilir. Bu partlamanın ardından enerjinin bir qismi maddəyə çevrilib. Xatırladaq ki, Eynştein, enerji-maddələr mübadiləsini bütün dünyada məşhur E = mc2 (enerji = kütlə x işıq sürətinin kvadratı) düsturu ilə sübut etmişdi.

Şərhlər

Çox oxunanlar