Qabırğadan düzəldilən eynək

06.06.2015 19:15     Maraqlı     1896

Qabırğadan düzəldilən qulaqlar sayəsində günəş gözlüyü xəyalına qovuşub

İngiltərədə Great Ormond Street Xəstəxanasında qulaqsız doğulan 9 yaşındakı bir oğlan uşağına qabırğalarında əldə edilən qığırdaqlarla qulaq hazırlanıb. Əməliyyatdan sonra uşaq, hər zaman xəyal etdiyi kimi günəş gözlüyü taxa bilib.

9 yaşındakı Kieran Sorkin, qulaq yerinə yalnız yumşaq bir çıxıntı ilə doğulmuşdu və eşitmə bacarığına sahib deyildi. Great Ormond Street Xəstəxanasında 2014-cü ilin avqustunda müvəffəqiyyətlə keçirilən əməliyyat nəticə verib. Həkimlərin bir neçə gün əvvəl hər şeyin yolunda getdiyini açıqlaması ilə Kieran, günəş gözlüyü xəyalını reallaşdırıb. Həyəcanını gizlədə bilməyən uşaq, "Əməliyyat olmadan əvvəl qulaqlarımın siçan ya da fil qulağı kimi olacağını düşünürdüm, amma hər şey normal oldu. Qəribədir, amma möcüzə olduğunu hiss edirəm. Xəyallarım gerçək oldu; qulaqlarım var və artıq eynək taxa bilirəm" - deyib.

Şərhlər