Nişan üzüyünü seçməyin yeni üsulu
17.08.2015 16:03 Maraqlı 2687
Tiffany-dən yenilik
Toya hazırlıqlar get-gedə daha çox yüksək texnologiyalı olurlar və hətta zərgərlik brendləri kimi mühafizəkar sahələr bizi interaktiv yeniliklərlə sevindirirlər.
Tiffany markası smartfonlar və planşetlər üçün "Engagement Ring Finder" tətbiqetməsi buraxıb.
Reaksiya.az xəbər verir ki, onun köməyilə zərgərlik evinin istənilən üzüyünü öz barmağınızda sınaya bilərsiniz. Sizə öz əlinizin şəklini çəkmək, sonra isə barmağınızda bu və ya digər modelin necə göründüyünü qiymətləndirmək təklif olunacaq. Bəzi ölkələrdə bəyəndiyiniz modeli dərhal ala bilərsiniz. Bundan əlavə, bütün istifadəçilər şəkilləri sosial şəbəkələrdə bölüşmək imkanı qazanacaqlar. "Engagement Ring Finder" tətbiqetməsi Android və iOS tərəfindən hazırlanıb və artıq yüklənməsi mümkündür.
Şərhlər