Bu da Moskvada ən çox oğurlanan avtomobillər - SİYAHI - FOTOLAR

17.08.2015 16:58     Maraqlı     3170

Moskvada ən çox oğurlanan avtomobillərlə əlaqədar son məlumatlar açıqlanıb. Reaksiya.az Moskva Bələdiyyəsinin məlumatlarına istinadən xəbər verir ki, paytaxtda son dövrdə oğruların ən çox maraq göstərdiyi modellərin başında Mazda 3, Hyundai Solaris, Kia Rio, Ford Focus və Range Rover gəlir.

Moskvada oğurlanan yerli avtomobillər içində isə Lada Priora birinci yerdə gəlir.

Rəsmi məlumatlara görə, Moskvada 2015-ci ilin ilk beş ayında 157 Mazda 3, 118 Kia Rio, 110 Hyundai Solaris, 101 Ford Focus, 88 Range Rover Evoque, 74 Toyota Corolla və 65 Toyota Camry oğurlanıb.

Moskvada ilk beş ayda cəmi 3 min 523 avtomobil oğurluğu hadisəsi qeydə alınıb. Paytaxtda İyun-iyul dövründə isə 1500 avtomobil oğurlanıb.

Moskvada ən çox şəhərin cənubunda yerləşən rayonlarda avtomobil oğurluğu yaşanır.

Şərhlər

Çox oxunanlar