Sergey İvanov etiraf etdi - “Krımda dincəlmişəm”
17.08.2015 17:07 Maraqlı 2524
Rusiya prezidenti administrasiyasının rəhbəri Sergey İvanov bildirib ki, məzuniyyətini Krımda keçirib.
"Etiraf edim ki, yeddi günlük məzuniyyətimi iyulun sonunda, avqustun ilk ongünlüyündə Krımda keçirdim. Çox xoşuma gəldi. Məndə Alupka sahillərinə getmək, səyahət etmək və çimmək həvəsi yarandı”, - deyə İvanov qeyd edib.
İvanov uşaqlıqdan Krım sahillərinə səfər etdiyini vurğulayıb: “Həmişə oranı öz kiçik vətənim hesab etmişəm”.
Rusiya prezidenti administrasiyasının rəhbəri xərçəng və krevetləri tutmağı, üzməyi məhz Krımda öyrəndiyini bildirib.
Şərhlər