Ruslar xərçəngi smartfon telefonlarla aşkar edəcək

17.08.2015 17:59     Maraqlı     2799

Rusiyalı elm adamları xərçəng hüceyrələrini smartfonlar ilə təsbit etmə üsulunu inkişaf etdirib. Ria Novosti agentliyinin xəbərinə görə Moskva Fizika və Texnika İnstitutunun (MFTI) bir qrup elm insanı xərçəng şişlərinin məlum olan digər bütün metodlardan daha sürətli müəyyən edilməsini təmin edən nanomexanik bir sensor icad edib. Xərçəng hüceyrələrini hansı mərhələdə olursa olsun müəyyən edən yüksək dəqiqlikli sensor ölçüsü sayəsində smartfonlar daxil hər cür portativ qurğuya yerləşdirilə biləcək. Sensorun QİÇS və Hepatit kimi virus xəstəlikləri də aşkar edəcəyi qeyd edilir. Rusiya Səhiyyə Nazirliyindən edilən açıqlamada "Sensor xərçəng hüceyrələrinin ortaya çıxma və böyümə siqnallarının fərq edilməsinə və xərçəngin məlum olan digər bütün üsullardan daha əvvəl diaqnozuna imkan verəcək" deyilib. Xəstəliyin erkən diaqnostikasında cığır açacaq yüksək həssaslığa malik sensorun yüngül və çox kiçik ölçüdə olması sayəsində smartfon telefonlar kimi portativ qurğularla istifadə edilə biləcəyi vurğulanıb.

Şərhlər

Çox oxunanlar