7 nəfər öküzlərin qurbanı oldu

18.08.2015 11:39     Maraqlı     2806

İyul ayından bəri İspaniyada keçirilən öküz festivalı zamanı 7 nəfər dünyasını dəyişib.

Reaksiya.az xəbər verir ki, ölüm faktı əsasən öküzlərin küçə yürüşündə qeydə alınıb.

BBC televiziyasının verdyi məlumata görə, ölənlər arasında bütün yaş qruplarnın nümayəndələri var.

Onların arasında Penyafel şəhər şurasının 36 yaşlı üzvünün də adı hallanır. O, hadisə zamanı Valyadolit şəhərində olub.

Navarra əyalətində isə, öküz 18 yaşlı sakinin qarnına öldürücü zərbə vurub. 

Qeyd edək ki, öküz festivalları əsasən, Valensiya, Mursiya, Koledo, Alikante və Kastelyon əyalətlərində keçirilib.

Şərhlər

Çox oxunanlar