Paşinyandan KRİTİK AÇIQLAMA: Zəngəzurdan ordunu çəkməsəydim, Bakı...
28.10.2021 12:51 Maraqlı 687
Zəngəzurdan hərbi birliklərin geri çəkilməsi əmrini şəxsən mən vermişəm.
Reaksiya.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdəki çıxışında deyib.
Onun sözlərinə görə, bu qərar hərbi əməliyyatların yenilənməsinə imkan verməmək üçün atılıb: “Biz istəyirdik ki, heç olmasa, müvəqqəti də olsa, strateji mahiyyət daşıyan yolu itirməyək”.
Ermənistan blokunun üzvü Anna Qriqoryan 18 dekabr 2020-ci ildə verilən bu əmrdən sonra Azərbaycan ordusunun əraziyə girdiyini bildirib. O, geriçəkilmə əmrinin şifahi, yoxsa yazılı olduğunu da soruşub.
“Zəngəzurla bağlı məsələdə mən haçansa öz məsuliyyətimdən imtina etmişəm? Yazılı və şifahiyə qalanda, əmr mövcud prosedurla verilir. Müzakirə etmişik və qərar verilib. TŞ toplantısı olmayıb, ancaq TŞ-nin bütün üzvləri, Zəngəzurun qubernatoru, “heç nədən xəbərim yoxdur” deyən xarici işlər naziri, o cümlədən nazir müavini o müzakirədə iştirak edirdilər. Və qərar qəbul edildi. Biz yeni müharibədən qaçmaq istəyirdik. Əgər bu qərar verilməsəydi, hərbi əməliyyatlar yeni güclə başlayacaqdı. Onda, doğrudur, Zəngəzurda bizim ciddi problemlərimiz yarandı. Biz onlarla kilometr öndə idik, təəssüf ki, geri çəkilməyə məcbur olduq”, - Paşinyan deyib.
Paşinyan həmçinin bildirib ki, Ermənistan 7 rayonun qaytarılması barədə saziş imzalamışdı (yəni Şərqi Zəngəzurdan geri çəkilməli idi – red.) və bu, artıq yeni xəbər deyil.
N.Paşinyan əmri özünün verdiyini, keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanın isə icra etdiyini bildirib:
“Mən şəxsən bu qərardan və Zəngəzurdakı situasiyadan məsuliyyət daşıyıram”.
Paşinyan, həmçinin, Azərbaycanın üçtərəfli bəyanatın “ordular hazırda mövcud olduqları yerdə qalacaqlar” bəndini icra etmədiyini də bildirib.
Qeyd edək ki, 10 noyabr 2020-ci il bəyanatının bu bəndi atəşkəslə bağlıdır. Daha sonra Azərbaycanın 3 rayonundan erməni silahlı qüvvələrinin çıxarılması və Azərbaycanın dövlət sərhədinə yerləşməsi də bəyanatın bəndinə tam uyğundur.
Xatırladaq ki, Ermənistan müxalifəti erməni ordusunun dekabrda 25 km-dan çox geri çəkildiyini açıqlamışdı.
Şərhlər