Fransalı nazir Obamanı “nişanlayıb”

18.08.2015 12:32     Maraqlı     2497

Fransa prezidenti Ollanddan sonra Fransanın ekologiya naziri Royal da tərcümənin qurbanı olub.

Reaksiya.az xarici mətbuata istinadən xəbər verir ki, “Nutella yemək məcburiyyətində deyilik” şüarıyla başlatdığı kampaniyadan sonra böyük reaksiya toplayan Fransanın ekologiya naziri Segolene Royalın indi də 22 ildir evli olan ABŞ prezidenti Barak Obamanın “nişanlanmasını qeyd etməsi” gündəmə oturub. Royal paytaxt Parisdə bu il keçiriləcək BMT İqlim Konfransına bağlı olaraq Obamanı təbrik etdiyi bir tweet gondərib: "COP21 – dən əvvəl prezident Obamaya iştirakından dolayı təşəkkür edirəm. Fransa parlamenti enerji layihəsini təsdiqləyib".

Ancaq istifadə  “engagement” sözü İngiliscədə “daxil olmaq, iştirak etmək, bağlılıqdan güzəşt verməmək' mənaları ilə yanaşı “nişanlanmaq” mənasına da gəldiyi üçün tərcümədə qarışıqlıq yaradıb. Daha sonra  Royal sosial mediadakı reaksiyalardan vəziyyətin qarışıqlığının fərqinə varıb və “Tweet”ini silib. 

Şərhlər

Çox oxunanlar