Baş redaktor xahiş etdi - “Adımı siyahıdan çıxarın”
18.08.2015 14:51 Maraqlı 3632
"Türküstan" qəzetinin baş redaktoru Aqil Camal özünün Facebook səhifəsində media qurumlarına müraciət edib.
O, futbolçu Cavid Hüseynovun zaminə buraxılması ilə bağlı bir qrup media təmsilçisinin yazdığı müraciətdə adının çıxarılmasını xahiş edib.
Reaksiya.az xəbər verir ki, müraciətdə deyilir:
“Əziz dostlar,
Bu gün bəzi saytlarda futbolçu Cavid Hüseynovun zaminə buraxılması ilə bağlı bir qrup media təmsilçisinin müraciətində mənim də adım qeyd olunub.
Bildirmək istəyirəm ki, müraciətin təşəbbüsçüləri dünən mənimlə əlaqə saxlayıblar. Müraciətin mətnini istəmişəm. Bu gün isə belə bir xəbərin yayıldığı haqqında məlumat aldım. Dəqiqləşdirəndə bildirdilər ki, müraciəti çatdırmaq imkanı olmayıb...
Mənim baş vermiş hadisə ilə bağlı mövqeyim yalnız bu yazıda ( http://inform.az/index.php?newsid=4792 ) əks olunub.
(Media qurumlarından adımı həmin siyahıdan çıxarmalarını xahiş edirəm)”.
Şərhlər