Bu toy şəkli rekorda imza atdı

18.08.2015 15:55     Maraqlı     3219

Sosial şəbəkələrdə yayılan toy şəkli rekorda imza atıb.

Reaksiya.az xəbər verir ki, cütlük ər və arvad elan edildikdən sonra şəkil çəkdiriblər. Həmin vaxt isə toya gələnlərdən biri onların ayaqlarının altında huşsuz halda uzanıb.

Bəy Kevin Kennedi Rayan bu olay haqda toydan sonra bunları yazıb: “Cessi ilə məni ər-arvad elan edən kimi bacım özündən getdi. Nikah mərasiminin 20 dəqiqə çəkməsi onu bərk hirsləndirdi. Bu səbəbdən bacımın ürəyi dözmədi və yerə yıxıldı. O zaman isə fotoqraf şəkil çəkirdi”.

Kevin həmin gün bayırda havanın isti olduğunu da bildirib.

Qeyd edək ki, bu şəkil milyondan çox “like” alıb. Onu çoxsaylı istifadəçi paylaşıb. 

Şərhlər