Universitetdə marixuana dərsi

19.08.2015 07:06     Maraqlı     2516

Kanadanın Kvantlen Texniki Universitetində narkotik vasitə olan marixuananın əkilməsi və satışı ilə bağlı dərslər keçiriləcək. 14 həftəlik dərs proqramı internet üzərindən də yayımlanacaq.

Dərs haqqında internetdə verilən açıqlamada “ Dərs, sürətlə inkişaf edən narkotik sənayesinə ümumi bir nəzər yetirməkdən ibarət olacaq və təcrübəli hüquqşünaslar, satış menecerləri, professorlar tərəfindən tədris olunacaq” deyə bildirilir. Dərsə girmək üçün hər bir tələbə 2500 Kanada dolları ödəməlidir.

Qeyd edək ki, Kanadada narkotikin leqallaşdırılması müzakirə olunur, indilik sadəcə tibbi istifadəyə icazə verilir. Bu məqsədlə narkotik satan 25 lisenziyalı mağaza fəaliyyət göstərir.

Şərhlər

Çox oxunanlar