Su təmizləyən kitab ixtira olundu
19.08.2015 08:25 Maraqlı 2347
Su həyat mənbəyidir. Amma bu mənbədən məhrum olan xeyli insan var, əsasən də Afrikada. İndiyə qədər suyun təmizlənməsi üçün insanlar minlərlə həll yolu fikirləşiblər. Bu yollardan ən sonuncusu su təmizləyən kitab layihəsidir. Amerikanın Karneqimel universitetində hazırlanan layihənin adı “ İçilə bilən kitab”dır. Bu kitab xarici görünüşünə görə normal kitablardan fərqlənmir. İçərisində suyu təmizləməyin yolları da yazılıb. Lakin səhifələr normal kitablardakı kimi deyil. Çünki səhifələr kimyəvi vasitələrlə xüsusi hazırlanıb. Kağızlar gümüş və mis hissəciklərdən təşkil olunub ki, bunlar da suyun təmizlənməsini təmin edir. Çirkli suyu bu kağızlardan keçirərək 99%-lik təmiz su əldə etmək olur. Aparılan araşdırmalar nəticəsində kitabın bakteriya öldürmə xüsusiyyəti təsdiqlənib. Beləliklə, bu kitab susuzluqdan əziyyət çəkən 750 milyon insana kömək edə biləcək. Susuzluqdan əziyyət çəkən ən böyük yerlər Cənubi Afrika, Qana və Banqladeşdir.
Kitabın istifadəsi olduqca asandır. Kitab isə çox ucuzdur. Bir səhifə ilə ən az 100 litr çirkli suyu təmizləmək olur. Kitabın səhifələrindəki kimyəvi maddələr insan sağlamlığı üçün zərərli deyil.
Bundan sonrakı mərhələ kitabın kütləvi istehsalına başlamaqdır. Sonra isə qalır kitabı susuz əhaliyə çatdırmaq.
Şərhlər