Həşərat sancmasından qoruyan geyim icad olunub

19.08.2015 08:59     Maraqlı     2075

İspaniyanın "STINGBye" şirkəti həşəratların sancmasından qoruyacaq geyim icad edib. Reaksiya.az Reporta istinadən xəbər verir ki, perpetrin vasitəsilə adi geyim növü insanları ağcaqanad və digər həşəratlardan müdafiə edəcək.

İspan şirkəti dörd ildir həşəratlardan qoruyacaq geyim növünün icadı ilə məşğul idi. Çoxsaylı beynəlxalq miqyaslı laborator eksperimentlər aparılıb. Nəticədə məlum olub ki, bu geyim növü 95% nəinki ağcaqanadlar, hətta digər həşəratların sancmasından da müdafiə edir.

Geyim Afrika və Asiyaya səfər etməyə hazırlaşan insanlar üçün faydalı olacaq və həşəratlardan keçən çoxsaylı xəstəliklərdən müdafiə edəcək.

İspaniyanın 80 apteki eksperimentdə iştirak edib və qoruyucu geyimi satışa çıxarıb. 

Şərhlər