Dünyada bitən ilk gül tapılıb
19.08.2015 09:02 Maraqlı 2540
Dünyada ən qədim gül adına iddia edən su bitkisi erkən təbaşir dövrünə aiddir. Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərdə belə deyilir.
Elmi əməkdaşlar Pireney yarımadasında yerləşən daşlaşmış bitki qalıqlarını təhlil ediblər. Mütəxəssislər müəyyən ediblər ki, aşkar olunan bitkinin yaşı 130 mln. ili ötür. Bu dövrdə planetdə hələ qanadlı dinozavrlar sağ olub.
Aşkar olunan bitkini Montsechia Vidalii, yəni "ilk gül" adlandırıblar. Zahirən o, akvarium şəraitində yetişdirilmiş buynuzyarpağa bənzəyir: kök sistemi və ləçəklər. Bitkinin hər bir gülündə bir toxum var. Alimlər ehtimal edir ki, bu gül şirin sulu dayaz göllərdə bitib.
Şərhlər