Gülnarə Kərimovanın ticarət mərkəzi satışa çıxarıldı - FOTOLAR
19.08.2015 11:34 Maraqlı 2910
Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın 2012-ci ildə Daşkənd şəhərində istifadə verildiyi “City Makon” ticarət-əyləncəli mərkəzi açıq hərracda satışa çıxarılıb.
Reaksiya.az xəbər verir ki, mərkəzin ilkin satış qiyməti 14.74 milyard sum (3.3 milyon dollar) olub.
Yerli “Birja” qəzeti yazır ki, 92 min kvadrat metr ərazisi olan mərkəzi almaq istəyən investor qiymətin 10 faizini ödəməlidir.
Qeyd edək ki, Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovanın atası ilə münasibətləri çox gərgindir. O, hazırda ev dustağıdır.
Şərhlər