Yaddaş pozğunluğunu aradan qaldırmağın yolları
19.08.2015 12:05 Maraqlı 2252
Son zamanlar yaddaş pozğunluğundan əziyyət çəkirsinizsə, tez-tez "Bu nə idi?", "O nə idi?" suallarını verirsinizsə, müəyyən hadisələri xatırlamaqda çətinlik çəkdiyiniz olursa bu, həqiqətən də yaddaş pozğunluğuna gətirib çıxara bilər.
Reaksiya.az xəbər verir ki, dövrümüzdə informasiya və kommunikasiya imkanları həyatımızı asanlaşdırıb işlərimizi rahat həll etmək üçün imkan yaratsa da diqqət pozğunluğuna, hətta yaddaşsızlıq kimi ciddi problemlərə yol açır.
Yaddaş pozğunluğunun qarşısını almaq üçün 6 carə:
1. Stressdən uzaq olmaq lazımdır.
Problemlərin, ağır işlərin yaratdığı gərginlik baş və boyun ağrılarına, ürək döyüntüsünə, titrəməyə ya da tərləməyə səbəb olur. Belə hal baş verən zaman fasilə verib, bir neçə dəqiqə nəfəs texnikaları ilə rahatlamaq lazımdır.
2. Yuxu rejiminə və səhər yeməyinə diqqət etmək lazımdır
Yorğunluğun bir çox səbəbi var: yuxusuzluq, qan şəkərinin aşağı səviyyədə olması, dəmir azlığı, D və B12 vitaminin çatışmazlığı. Bir yeniyetmənin günə enerji ilə başlayıb uğurlu davam etdriməsi üçün 6-8 saatlıq səmərəli yuxu kifayətdir. Mütləq vaxtında yeməyə diqqət edin.
3. Bir neçə işlə eyni vaxtda məşğul olmayın.
Eyni anda birdən çox biznesə yönəlmək diqqətsizliyə gətirib çıxarır. İşlərinizi bir-bir həll etməyə çalışın.
4. Telefondan xilas olun.
Susmayan telefon, zənglər, “Whatsapp”dan gələn xəbərdarlıq mesajları diqqət dağıtmaq üçün kifayətdir. Yaxınlarınıza iş saatlarında ancaq vacib zənglərə cavab verdiyinizi deyin.
5. İçdiyiniz dərmanların da əks göstərişi ola bilər.
Depressiya, yuxusuzluq kimi ruhi problemlər üçün həkimlərin təklif etdiyi dərmanların da bir hissəsi diqqət pozğunluğuna səbəb olur.
6. İş fasilələrini dəyərləndirin.
Davamlı eyni işlər, monotonlaşan tədbirlər bir müddət sonra diqqət dağılmasına gətirib çıxarır. Beyni rahatlatmaq üçün fasilə verin, çıxıb 10 dəqiqə gəzin.
Şərhlər