Tərbiyəsiz tutuquşu həbs olunub

19.08.2015 16:13     Maraqlı     2798

Hindistanın Maharaştra əyalətində bir tutuquşu yaşlı bir qadına təhqir etdiyi səbəbilə polis tərəfindən saxlanılıb.

Reaksiya.az xəbər verir ki, Çandrapur şəhərində yaşayan Sureş Sakharkar “Hariyal” adlı tutuquşusuna ögey anasına qarşı istifadə etmək üçün 2il ərzində söyüş söyməyi öyrədib.

Bundan sonra quşun onu təhqir etdiyini deyən 85 yaşlı ögey ana Janabai Sakharkar polisə şikayət edib. Qadının şikayəti əsasında polis yaşlı qadını, ögey oğlunu və tutuquşunu polis bölməsinə gətirib.

Polis yaşlı qadınla ögey oğlu arasında ərazi və mülk münaqişəsi olduğunu bildirib. Bir polis rəsmisi də qeyd edib ki, tutuquşunu diqqətlə təqib etdik, amma məntəqədə ağzından bircə söz belə çıxmayıb.

Qeyd edək ki, tutuquşu yaşlı qadının psixologiyasına zərər verdiyi səbəbilə Meşə Nazirliyi rəsmilərinə təhvil verilib.

Şərhlər

Çox oxunanlar