Zəncirli qadın azad edildi - Qul qalmaqalı - VİDEO

19.08.2015 17:53     Maraqlı     3227

Pakistanın Pəncab əyalətində yerləşən Chiniot şəhərində qul kimi satılan bir qadın zəncirlərdən xilas edilib.

Reaksiya.az xəbər verir ki, adı gizli saxlanan kişi arvadını bir torpaq sahibinə 489 dollara qul kimi satıb. Torpaq sahibi də zorla işlətdiyi və tez-tez döydüyü qadını qaçmaması üçün dəmir çarpayıya zəncirləyib.

Qeyd edək ki, hadisə bir jurnalistin yazdığı xəbərlə ortaya çıxıb.

Polis ayaq topuğundan dəmir çarpayıya bağlı olan qadının zəncirini uzun səylərdən sonra qıra bilib.

Qadın uşağıyla birlikdə qoruma altına alınıb. Qul qadının zəncirlərindən xilas olduğu o anlar kameralara belə əks olunub.

 

Şərhlər