Kitab oxuyanlar nəqliyyatdan pulsuz istifadə edə biləcək

19.08.2015 23:35     Maraqlı     2343

Rumıniyada kitab oxuyan şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcək. 

Reaksiya. az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.  Xəbərdə bildirilir ki, bu barədə məlumatı bələdiyyə sədri Emil Boca öz “Facebook” səhifəsində paylaşıb. 
 
O, Viktor Muron tərəfindən ona təqdim edilən bu layihəni 2015-ci ilin sonunda reallaşdıracağını qeyd edib. 
 
Layihə ilk dəfə Cluj-Napoca ərazisində qısa müddətlik reallaşıb. 

Şərhlər

Çox oxunanlar