Bu mikrob 17 uşağın ölümünə səbəb oldu

20.08.2015 10:35     Maraqlı     2402

Venesuelada yerləşən xəstəxanada opossumlar tərəfindən yayılan mikrobların 17 körpənin ölümünə səbəb olduğu iddia edilir.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı ölkənin kütləvi informasiya vasitələri yayıb.

Uşaqların ölüm halları bir həftə ərzində şimal şəhəri Barselonada yerləşən xəstəxanada qeydə alınıb.

Həlak olan uşaqların valideynləri bildiriblər ki, opossumların xəstəxana palatalarını "istilası" yoluxmaya səbəb olub.

Amma xəstəxana rəsmiləri bu iddiaları rədd edərək, ölümlərin səbəbinin "digər amillər" olduğunu deyiblər.

Mətbuata danışan və adının çəkilməsini istəməyən rəsmi ölümlərin səbəbinin zəif qıdalanma ola biləcəyini bildirib.

Yerli mətbuatda yayılmış şəkillərdə opossumların xəstəxananın yeni doğulanlar üçün bölməsinin daxilində divarlara dırmaşdığı və təmizlik üçün istifadə edilən vasitələrin üzərində oturduğu görünür.

Opposumlar insan həyatına təhlükəli olan bir çox xəstəliklərin, o cümlədən, vərəmin daşıyıcısı ola bilərlər.

El Tiempo qəzetinin verdiyi məlumata görə, faktla bağlı araşdırma aparılır və xəstəxanada kondisioner sisteminin yaxşılaşdırılması üçün külli miqdarda vəsait ayrılıb. 

Şərhlər