Qara dənizdə nəfəs kəsən təlimlər - FOTOLAR

20.08.2015 10:52     Maraqlı     3121

Türkiyənin Qaradəniz sahillərində həyata keçirilən və 2 mərhələdən ibarət olan təlimdə, ssenariyə uyğun olaraq qaçırılan bir sərnişin gəmisinə sahil təhlükəsizlik qrupları tərəfindən əməliyyat reallaşdırılıb.

Reaksiya.az xəbər verir ki, sərnişinlərin xilas edildiyi əməliyyat maraqlı görüntülərlə yadda qalıb.

Təlimdə Türkiyədən 2 sahil təhlükəsizlik birliyi, 4 sahil təhlükəsizlik qayığı, 1 sahil təhlükəsizlik təyyarəsi, 3 sahil təhlükəsizlik helikopteri, 1 sahil təhlükəsizlik xüsusi hərəkat  birliyi ilə 2 sahil təhlükəsizlik rotası iştirak edib.

Rusiyanın 1 açıq dəniz polis gəmisi, Bolqarıstan 1 sərhəd mühafizə qayığı, Rumıniyanın isə 1 açıq dəniz polis bölməsi gəmisi təlimlərdə iştirak edənlər arasında olub.

Şərhlər

Çox oxunanlar